"Bavariya" hazırkı mövsüm üçün yeni formasını təqdim edib.
QOL.az xəbər verir ki, yeni forma klubun 125 illiyi ilə əlaqədardır. Münhen klubunun açıqlamasında deyilir:
"Dizayn klubun üç əsas ev meydançasını əks etdirir. Bir klub, bir forma, bir ev - əfsanələr bundan yetişir".
Təqdimatda oyun forması ilə yanaşı, yubileyə həsr olunmuş kapüşonlu paltarlar və digər gündəlik geyimlər də daxildir.
Formaların şəkillərini təqdim edirik: