AZ

Türkiyədə ilk "İqlim Qanunu Layihəsi" parlamentə təqdimOLUNDU

Türkiyənin ilk "İqlim Qanunu Layihəsi" AK Partiya millət vəkillərinin imzası ilə TBMM-yə təqdim edilib.

Redaktor.az xəbər verir ki, layihə "yaşıl inkişaf vizyonu və sıfır emissiya" hədəfi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəni hədəfləyir.

İstixana qazı emissiyalarının azaldılması, uyğunlaşma tədbirləri, planlama, icra mexanizmləri və nəzarət qaydaları qanun layihəsində əks olunub.

Layihədə "Ədalətli keçid", "Emissiya Ticarət Sistemi (ETS)", "İqlim ədaləti" və "Könüllü karbon bazarları" kimi anlayışlar yer alır.

Layihədə iqlim dəyişikliyi ilə mübarizədə əsas prinsiplər müəyyən edilib. Bu çərçivədə bərabərlik, iqlim ədaləti, ehtiyatlılıq, şəffaflıq, davamlılıq və irəliləyiş əsas prinsiplər kimi qeyd olunub.

Layihəyə görə, dövlət qurumları, hüquqi və fiziki şəxslər qəbul ediləcək tədbirlərə və tənzimləmələrə riayət etməyə borcludur. Milli Töhfə Bəyannaməsi çərçivəsində, ölkənin inkişaf prioritetləri və xüsusi şərtləri nəzərə alınacaq.

Kənan YUSİF 

Seçilən
1
redaktor.az

1Mənbələr