İkiqat pnevmoniya diaqnozu qoyulan Papa Fransiskin vəziyyəti bir qədər yaxşılaşıb.
Redaktor.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətindən verilən açıqlamaya görə, temperaturda artım yoxdur və sınaq nəticələrinə əsasən göstəricilər stabildir.
"Papanın kliniki vəziyyəti bir qədər yaxşılaşır", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, gün ərzində pontifik işə vaxt ayırıb.
Qeyd edək ki, 88 yaşlı pontifik fevralın 14-dən xəstəxanadadır.
Turan İSMAYIL