AZ

Anadolu əfsanəvi: Alkarısı

Türk mifologiyası tarixində əfsanəyə çevrilən və yeni doğulmuş qadınların kabusu adlandırılan mifoloji varlıq Alkarısı kimdir?

"Atlantis Kütüphanesi"nin internet saytında yer alan məlumatda qeyd edilir ki, Anadolunun bəzi bölgələrində Alkarısı doğuşdan sonrakı dövrdə qadınlara görünməsinin onların dəhşətli dərəcədə qorxmasına, xəstələnməsinə, hətta intihar edərək ölməsinə səbəb olduğu, yeni doğulan körpələrə də zərər verdiyi deyilir. Alkarısı bəzi bölgələrdə Albasması adlandırılır.  Ərzurumda Alkarısı, Malatyada Hıbilik, Bingöldə Kapoz, Elazığda Hafdar və Qaziantepdə Təpəgöz adı ilə də tanınır.

Əfsanənin əsası Şamanizmə gedib çıxır. İnanca görə, doğuşdan sonra qadınların və yeni doğulmuş uşaqların ağciyərləri ilə qidalanır. Alkarıdan qorunmaq üçün müxtəlif vasitələrin olduğuna inanılır. Bunlardan bəziləri qadını tək qoymamaq, işıqları daim yandırmaq, Qurani-Kərimi yatağının yanına qoymaq və üzünü qırmızı örtüklə örtməkdir.

Bədəni hündür, yağlı, barmaqları uzun, saçları dağınıq, əlləri və ayaqları kiçik və dişlidir. 

Məşhur inanca görə, Alkarısı alovdan, dəmirdən və qırmızı rəngdən qorxur.

Fidan Fərmanlı,
Bakı Slavyan Universitetinin tələbəsi

Seçilən
9
ikisahil.az

1Mənbələr