Amerika Birləşmiş Ştatlarının bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb.
APA “UNIAN”a istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə və kəşfiyyat komitəsinin sədri Roman Kostenko məlumat verib.
“Məndə olan məlumata görə, ABŞ-dan Ukraynaya satılan silahların tədarükü dayandırılıb. Bu silahları bura ötürməli olan şirkətlər indi gözləyirlər, çünki hələ qərar yoxdur”, - Kostenko qeyd edib.
Silah tədarükün dayandırılmasının səbəbləri hələlik məlum deyil.