AZ

İrəvanda məktəblər bağlandı

İrəvan yollarında güclü qar səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

"Unikal" xəbər verir ki, bu səbəbdən İrəvan məktəblərində dərslər ləğv edilib. Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan məlumat verib.

“Hava şəraiti, eləcə də sabah gözlənilən yağıntı nəzərə alınaraq, məktəblərdə dərslər semestr ərzində əlavə olunmaq şərti ilə təxirə salınır”, - deyə nazir bildirib. 

Seçilən
12
unikal.az

1Mənbələr