Aparıcı Lalə Azərtaş bir müddət öncə səhhətində problem yaranan Xalq artisti Fatma Mahmudovanı evində ziyarət edib.
Milli.Az xəbər verir ki, həmin anlar "Təsir dairəsi" verilişində yayımlanıb.
"Murad müəllimə, Xəzər TV-yə, sizə çox təşəkkür edirəm. Deməli, yaddan çıxmamışam. Bu, 3-cü həyatımdır yaşayıram. Bəlkə də 4-cüdür" , - deyə, F. Mahmudova vurğulayıb.
Qeyd edək ki, aktrisa insult keçirmişdi.
Milli.Az