Bakı. Trend:
Delta Airlines aviaşirkəti təyyarə qəzasından sağ çıxansərnişinlərə 30 min dollar təzminat təklif edib.
Trend xəbər verirki, bu barədə Euronews məlumat yayıb.
Xatırladaq ki, təyyarə eniş zamanı alovlanaraq çevrildiyi üçünTorontodakı Pearson Beynəlxalq Hava Limanına məcburi enişetmişdi.
Qəzada 4819 saylı reysin 76 sərnişini və 4 ekipaj üzvü arasındaölən olmasa da, onların hamısına təzminat ödənilməsi nəzərdətutulur. Üstəlik, Delta Airlines nümayəndəsi təklif olunan ödənişin“heç bir şərtlə bağlı olmadığını” vurğulayıb. Bu, sərnişinlərinaviaşirkəti məhkəməyə vermək hüququnun qalması deməkdir.
Bütün sərnişinlər təkliflə razılaşarsa, Delta Airlinesümumilikdə təxminən 2,3 milyon dollar ödəməli olacaq.