Azərbaycanın kişi başketbolçulardan ibarət yığması Dünya çempionatı-2027-nin ilkin təsnifat mərhələsi çərçivəsində son səfər oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kosovonun paytaxtı Priştinada yerli komandanın qonağı olub.

Bərabərsəviyyəli keçən qarşılaşmada basketbolçularımız cəmi 2 xal fərqi ilə uduzublar.

KOSOVO - AZƏRBAYCAN 81:79 (20:21; 23:20; 17:18; 21:20)