AZ

"Mançester Yunayted" "Real" və "Barselona"dan 4 futbolçu ilə maraqlanır

"Mançester Yunayted" yay transfer pəncərəsində heyətini gücləndirmək variantlarını araşdırır.

90deqiqe.Az "Transfer News Live"ə istinadən xəbər verir ki,  “qırmızı şeytanlar” “Barselona” və “Real Madrid”in dörd futbolçusu ilə maraqlanır. Belə ki, "mankunian" klubunun qısa siyahısında müdafiəçilər Jül Kunde və Ronald Arauxo, həmçinin yarımmüdafiəçilər Eduardo Kamavinqa və Arda Gülər ​​yer alıb.

Nüfuzlu Transfermarkt portalı 26 yaşlı Kundeni 60 milyon avro, 25 yaşlı Arauxonu 55 milyon avro, 22 yaşlı Kamavinqanı 80 milyon avro, 19 yaşlı Güləri 45 milyon avroya qiymətləndirib. “Mançester Yunayted” hazırda Premyer Liqa cədvəlində 15-ci yerdədir.

Seçilən
24
90deqiqe.az

1Mənbələr