Türkiyəyə yağan güclü qar səbəbindən 2666 yaşayış məntəqəsində yollar nəqliyyatın hərəkətinə bağlanıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bundan başqa, İstanbul da daxil olmaqla 26 vilayətdə məktəblər bağlanıb.
Qeyd olunur ki, yol xidmətləri yolların açılması üçün fasiləsiz işləyir. Kənd yollarının da bağlandığı bildirilir.