Türkiyənin Muğla şəhərində yaşayan 50 yaşlı Berrin Nalcı ailəsi ilə miras mübahisəsindən sonra DNT testi etdirib. Nalcı test nəticələrindən sonra həyatının şokunu yaşayıb. Berrin Nalcı atası olduğunu düşündüyü Mahir Ayyıldızın əslində əsl atası Mustafa Uyanıkın qatili olduğunu öyrənib.
Sfera.az film ssenarisini xatırladacaq hadisənin təfərrüatlarını təqdim edir.
Belə ki, Fatma Ayyıldız keçmişdə gizli eşq yaşadığı Muğlanın ən zəngin adamlarından biri Mustafa Uyanıkdan hamilə qalıb.
Lakin o, yeni doğulan uşağın atasını gizlədib və nikahda olduğu Mahir Ayyıldızın reyestrinə qeyd edib.
Türkiyə mətbuatının keçmiş xəbərlərinə görə, Mahir Ayyıldız həyat yoldaşı ilə meşədə tutduğu Mustafa Uyanıkı öldürüb.
Mahir Ayyıldız həbsdən çıxandan sonra həyat yoldaşı ilə barışaraq yenidən birlikdə yaşamağa başlayıb. Bu arada Berrin Nalcı həyatı boyu Mahir Ayyıldızı atası kimi tanıyıb.
50 yaşlı Berrin Nalcının həyatı bacısından eşitdiyi: “Atamın payını alma. “Sən atamın varisi deyilsən” sözləri ilə dəyişib.
DNT-nin müəyyən edilməsi üçün atalıq iddiası açan Berrin Nalcı əsl atasının atası olduğuna inandığı Mahir Ayyıldız tərəfindən öldürülən Mustafa Uyanık olduğunu öyrənib.
Məhkəmədən sonra açıqlama verən Berrin Nalcı aşağıdakı ifadələri işlədib.
“Bu, mənim üçün böyük bir travma idi. Stressdən belimdə yaralar əmələ gəldi və ə ekzema yarandı. Gözüm heç vaxt pulda olmayıb. Mən öz vicdanımı rahatlaşdırmaq və əsl atamın kim olduğunu öyrənmək üçün bu iddianı qaldırdım. Beynimdə sual işarəsi qalmayıb. İndi rahatlıqla başımı yastığa qoyub yata bilirəm. Atamın kim olduğunu dəqiq bildim. "Filmlərdə görsəm çox təəccüblənəcəyim bir hekayə yaşadım" - deyə bildirib.
Aynil