AFFA aşağı yaş qrupları üzrə daha bir neçə liqada keçiriləcək oyunları təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
Beləliklə, AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.