AZ

Astarada iki azyaşlı yanaraq öldü - Yenilənib

Astara rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Kijəbə inzibati ərazi vahidliyinə daxil olan ucqar dağ kəndi Burzubənd kəndində baş verib

Belə ki, fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.

Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, yanğın ikimərtəbəli evdə olub. Hadisə zamanı yanan uşaqların 1 və 2 yaşlarında bacı-qardaş olduğu bildirilir.

Babaları 1965-ci il təvəllüdlü Məmmədov İmaməddin Xanağa oğlu isə sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Surxay Şahbazov

Seçilən
25
3
qafqazinfo.az

10Mənbələr