AZ

Deyir ki: “Bir uğursuz mövsümə görə onları bağışlamaq olar”

Tyerri Anri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Real”ın “Mançester Siti” üzərində qələbəsindən (3:1) danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq hücumçu, Karlo Ançelottinin komandası üçün çox asan olduğunu bildirib:

“Ançelottinin komandası üçün çox asan oldu. Bu mövsüm göstərdi ki, rəqibin səviyyəsi yüksələn kimi “Mançester Siti”də problemlər yaranır.

Ancaq “şəhərlilər” bir neçə il ardıcıl olaraq çox yaxşı idilər, buna görə də bir uğursuz mövsüm üçün onları bağışlamaq olar”.

“Real” Pep Qvardiolanın komandasına ümumi hesabda 6:3 hesabı ilə qalib gələrək, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Seçilən
13
sportinfo.az

1Mənbələr