AZ

Azərbaycanda AİLƏ FACİƏSİ

Astarada evdə baş verən yanğın nəticəsində Barzubamd kənd sakinin 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, o, Lənkəran Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda reanimasiya şöbəsində yerləşdirilmiş İ.Məmmədovun müalicəsi davam etdirilir.

Xatırladaq ki, yanğın hadisəsi Kijəbə ərazi vahidliyinə daxil olan Burzubənd kəndində baş verib. Hadisə nəticəsində iki aşyaşlı uşaq həlak olub.

Bildirək ki, İ.Məmmədov yanğın zamanı həyatlarını itirən 2 azyaşlının babasıdır.

xxx

00:20

Astarada evdə baş verən yanğın nəticəsində iki azyaşlı uşaq yanaraq ölüb.

Seçilən
7
1
publika.az

2Mənbələr