
Türkiyənin İstanbul şəhərində həyata keçirilən əməliyyat nəticəsində Türkiyə ərazisində sinaqoqlar və yəhudi məktəblərinə qarşı hücum həyata keçirmək istəyən İŞİD üzvü saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalında yayımlanan süjetdə məlumat verilib.
Qeyd olunur ki, saxlanılan şəxs Özbəkistan vətəndaşıdır.
Hüquq mühafizə orqanları onun elektron cihazlarına və istifadə etdiyi rabitə avadanlıqlarına giriş əldə edərək terror həyata keçirmək niyyətində olduğunu bildirib.
Özbəkistan vətəndaşının Türkiyəyə Avropa İttifaqına üzv ölkədən gəldiyi qeyd olunub.