Vaşinqton, 21 fevral, AZƏRTAC
ABŞ Senatı Federal Təhqiqatlar Bürosunun yeni direktorunu seçib.
AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın namizədi olan Kaş Patel 51 lehinə və 49 əleyhinə səs toplamaqla bu vəzifəyə təsdiqlənib. Respublikaçılar partiyasından yalnız 2 senator - Suzan Kolins və Liza Murkovski onun namizədliyinin əleyhinə səs verib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton