AZ

Saxta nömrələri alan və istifadə edən sürücüləri hansı cərimələr gözləyir? Rəsmi AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sürücülər arasında "lipa" adlandırılan avtomobil qeydiyyat nömrələri daha çox fərdi adlar, soyadlar, ləqəblər və ya digər ölkələrə məxsus qeydiyyat nişanları formasında hazırlanır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu nömrələri satan şəxslərlə əlaqə yaradılıb.
Bildirilib ki, satış yalnız onlayn şəkildə mümkündür. Qiymətləri isə 15 manatdan 35 manata qədər dəyişir. Çatdırılma müddəti 2 gün ərzində həyata keçirilir. Nömrələrin materialı isə plastik və ya metal ola bilər.
Bu nömrələrin istifadəsi, əsasən avtoxuliqanlıq edən və ya qanun pozuntusuna yol verən sürücülər arasında geniş yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, belə nömrələrdən istifadə edən şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilirlər.
Belə nömrələrin istifadəsi təhlükəsizliyə ciddi təhdid yaradır və yol hərəkəti qaydalarının pozulması deməkdir.
Qanunsuz nömrələrdən istifadə edən şəxslər hüquqi məsuliyyətdən yayınmaq üçün bu üsula əl atsalar da, Dövlət Yol Polisi belə halların qarşısını almaq üçün müvafiq tədbirləri gücləndirir.
Ətraflı süjetdə:
Seçilən
10
oxu.az

1Mənbələr