İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal" 2023-2024 mövsümündə rekord gəlir əldə etməsinə baxmayaraq 17,7 milyon funt sterlinq itirdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin verdiyi açıqlamada 31 may 2024-cü ildə bitən maliyyə ilində 616,6 milyon funt sterlinq gəlirlə klub rekordunun qırıldığı və bu gəlirin 52,4 milyon funt sterlinqinin futbolçu satışından əldə edildiyi bildirilib. Klubun ötən mövsüm gəliri əvvəlki mövsümdəki 466,7 milyon funt sterlinqlik gəlirlə müqayisədə 32,1 faiz artıb. 2023-2024 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala yüksələn komandanın 71,1 milyon funt sterlinq gəlir əldə etdiyi, matç günü gəlirlərinin isə 29,1 milyon funt sterlinq artdığı qeyd edilib. Açıqlamada komanda və klub işçilərinin maaşının əhəmiyyətli dərəcədə artaraq 234,8 milyon funt sterlinqdən 327,8 milyon funt sterlinqə yüksəldiyi bildirilib.

Bu isə, ötən illərə nəzərən gəlirin yüzdə 66 azaldığı deməkdir.