General Kelloq ilə görüşdə yaxşı söhbət, çoxlu təfərrüat oldu. Mən ABŞ-a Ukraynaya göstərilən bütün yardımlara və ikitərəfli dəstəyə görə minnətdaram.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşündən sonra sosial şəbəkə hesabında deyib.
“Amerika gücünün hiss olunması bizim üçün və bütün azad dünya üçün vacibdir. Döyüş meydanındakı vəziyyəti və əsirlərimizi necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, deyə Zelenski vurğulayıb.