ABŞ Senatı Kaç Patelin Federal Təhqiqatlar Bürosunun ( FTB ) rəhbəri təyin edilməsini təsdiqləyib.\
Publika.az xəbər verir ki, bu barədə "C-SPAN" məlumat yayıb.
"51 lehinə, 49 əleyhinə səslə təyinat təsdiqləndi", - konqres bildirib.
Dinləmə zamanı Patel hökumət təcrübəsinin olmaması, FTB haqqında keçmiş radikal bəyanatları və sui-qəsd nəzəriyyələrini təbliğ etdiyi üçün tənqid edilib.