Bakı. Trend:
Argentina parlamentinin yuxarı palatası (Senat) hökumətdən$LIBRA kriptovalyutası ilə bağlı qalmaqal üzrə hesabat təqdimetməyi tələb edən vəsatəti təsdiqləyib.
Trend xəbər verirki, bu barədə məlumatı Prezident Xavyer Mayli sosial şəbəkələrdəpaylaşıb.
Senat 46 lehinə, 15 əleyhinə səslə hökumətdən hesabat tələbiniqəbul edib. Lakin qalmaqalı araşdırmaq üçün xüsusi istintaqkomissiyasının yaradılması təklifi yetərli səs toplayabilmədiyindən rədd edilib.
Qeyd edək ki, fevralın 14-də Mayli kriptovalyuta vasitəsiləArgentinada kiçik biznesə investisiya cəlb etməyi hədəfləyən layihəhaqqında X platformasında paylaşım etmişdi.