ABŞ lideri Donald Tramp fevralın 24-də Ağ Evdə Fransa rəhbəri Emmanuel Makronu, fevralın 27-də isə Böyük Britaniyanın Baş naziri Keyr Starmeri qəbul edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Görüşlərdə Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.