Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün pley-off (1/16 final) mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, bütün oyunları eyni günə təsadüf edib.
Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma arenada “Alkmar”la (Niderland) görüşübsə, “Fənərbağça” Belçikada “Anderlext”in qonağı olub. İstanbul klublarından biri ilk oyunda darmadağına sevinmişdisə, digəri böyük hesabla uduzmuşdu. Bu komandaların cavab görüşlərində isə oxşar hesab (2:2) qeydə alınıb. Yekunda “Qalatasaray” avrokuboklarla vidalaşıbsa, “Fənərbaxça” 1/8 finala vəsiqə qazanıb.
“Portu” səfərdə “Roma”nın müqavimətini qırmağa çalışıb. İtaliya və Portuqaliya klublarının ilk oyununda qalib müəyyənləşməmişdi. Beş qolun vurulduğu cavab görüşündə “Roma” sevinən tərəf olub.
Norveç təmsilçisi “Bodo Qlimt” doğma meydanda Niderlandın “Tvente” komandasını qəbul edib. Meydan sahibləri bu görüşdə böyük əzmkarlıq nümayiş etdirməklə mərhələ adlayıblar.
Niderland nəhəngi “Ayaks” da Belçikanın “Yunion” klubu ilə ev oyununda işini çətinə salsa da, əlavə vaxtda böyük çətinliklə də olsa, 1/8 finala vəsiqə qazana bilib.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.
Avropa Liqası
1/16 final mərhələsinin cavab oyunları
20 fevral
“Bodo Qlimt” (Norveç) – “Tvente” (Niderland) 5:2
Qollar: Hoq, 56-pen. Hilgers, 90+2-öz qapısına. Vembanqomo, 90+4. Fet, 111. Versxueren, 114 – Syovold, 26-öz qapısına. Steyn, 90+6.
İlk oyun – 1:2
“Qalatasaray” (Türkiyə) – “Alkmaar” (Niderland) 2:2
Qollar: Osimhen, 56. Sallai, 70 – Maykuma, 42. Kasius, 55.
İlk oyun – 1:4
“Styaua” (Rumıniya) – PAOK (Yunanıstan) 2:0
Qollar: Kisotti, 30. Mikulesku, 81.
İlk oyun – 2:1
“Roma” (İtaliya) – “Portu” (Portuqaliya) 3:2
Qollar: Dibala, 35; 39. Pisilli, 83 – Samu, 27. Renç, 90+6-öz qapısına.
İlk oyun – 1:1
“Ayaks” (Niderland) – “Yunion” (Belçika) 1:2
Qollar: K.Teylor, 93-pen – Makallister, 16. David, 28-pen.
İlk oyun – 2:0
“Viktoriya” (Çexiya) – “Ferentsvaroş” (Macarıstan) 3:0
Qollar: Durosinmi, 27; 38. Şults, 35.
İlk oyun – 0:1
“Real Sosyedad” (İspaniya) – “Midtyulland” (Danimarka) 5:2
Qollar: B.Mendes, 5. Suçiç, 18; 45+2. Oyarsabal, 73-pen. Oskarsson, 90 – Buksa, 24-pen. Osorio, 38.
İlk oyun – 2:1
“Anderlext” (Belçika) – “Fənərbağça” (Türkiyə) 2:2
Qollar: L.Vaskes, 19; 55 – En Nesiri, 4. Y.Akçiçek, 63.
İlk oyun – 0:3