Bakı. Trend:
Nigeriyanın İqtisadi və Maliyyə Cinayətləri Komissiyası (EFCC)Filippin, Çin və İndoneziyadan olan 20 nəfəri ölkəninsosial-iqtisadi sabitliyini pozmağa yönəlmiş kibercinayətkarlıqdaittiham edərək həbs edib.
Trend xəbər verirki, bu barədə "Nation" qəzeti məlumat yayıb.
Saxlanılan şəxslərdən 15-i Filippin, 4-ü İndoneziya, 1-i isə Çinvətəndaşıdır. Onlar barəsində məhkəmə qərarı çıxarılana qədər həbsqətimkan tədbiri seçilib.