AZ

Rütte: "Ukraynanın NATO-ya üzvlüyü sülh sazişinin bir hissəsi olmayacaq"

Ukraynanın NATO-ya daxil olması gələcəkdə müzakirə oluna bilər, lakin ölkənin alyansa üzvlüyü sülh sazişinin tərkib hissəsi olmayacaq.

hakimiyyet.az "Reuters"ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Bratislava Universitetində avropalı tələbələrə müraciətində bildirib.

"Ukraynaya bu prosesin sülh sazişinin bir hissəsi olacağına dair heç bir vəd verilməyib", - Rütte qeyd edib.

Seçilən
29
6
hakimiyyet.az

8Mənbələr