AZ

AL: "Qalatasaray" möcüzə reallaşdıra bilmədi, "Fənərbağça" 1/8 finalda

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, 1/8 finalçıların hamısı bu gecə bəlli olub. 

Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında “Alkmaar”la qarşılaşıb. İstanbul klubu Niderlandda keçirilən ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını xeyli azaltmışdı. Cavab matçı isə heç-heçə yekunlaşıb. Nəticədə “Qalatasaray” turnirdə mübarizəni dayandırıb.

Türkiyənin digər klubu “Fənərbağça” isə Belçikada “Anderlext”in qonağı olub. Joze Mourinyonun komandası ilk görüşdə 3:0 hesablı qələbə qazanmaqla cütün taleyini böyük ölçüdə həll etmişdi. Cavab oyunu 2:2 hesabı ilə bitib və Türkiyə təmsilçisi adını 1/8 finala yazdırıb.

Cavab oyunlarından sonra “Roma”, “Budyo Qlimt”, “Styaua”, “Alkmaar”, “Viktoriya”, “Real Sosyedad”, “Ayaks” və “Fənərbağça”nın pley-offdan 1/8 finala adladığı dəqiqləşib.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 6 martda keçiriləcək.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunlar
20 fevral

“Budyo Qlimt” (Norveç) – “Tvente” (Niderland) 5:2
Qollar: Hoq, 56-pen. Hilgers, 90+2-öz qapısına. Vembanqomo, 90+4. Fet, 111. Versxueren, 114 – Syovold, 26-öz qapısına. Steyn, 90+6.
İlk oyun – 1:2

“Qalatasaray” (Türkiyə) – “Alkmaar” (Niderland) 2:2
Qollar: Osimhen, 56. Sallai, 70 – Maykuma, 42. Kasius, 55.
İlk oyun – 1:4

“Styaua” (Rumıniya) – PAOK (Yunanıstan) 2:0
Qollar: Kisotti, 30. Mikulesku, 81.
İlk oyun – 2:1

“Roma” (İtaliya) – “Portu” (Portuqaliya) 3:2
Qollar: Dibala, 35; 39. Pisilli, 83 – Samu, 27. Renç, 90+6-öz qapısına.
İlk oyun – 1:1

“Ayaks” (Niderland) – “Yunion” (Belçika) 1:2
Qollar: K.Teylor, 93-pen – Makallister, 16. David, 28-pen.
İlk oyun – 2:0

“Viktoriya” (Çexiya) – “Ferentsvaroş” (Macarıstan) 3:0
Qollar: Durosinmi, 27; 38. Şults, 35.
İlk oyun – 0:1

“Real Sosyedad” (İspaniya) – “Midtyulland” (Danimarka) 5:2
Qollar: B.Mendes, 5. Suçiç, 18; 45+2. Oyarsabal, 73-pen. Oskarsson, 90 – Buksa, 24-pen. Osorio, 38.
İlk oyun – 2:1

“Anderlext” (Belçika) – “Fənərbağça” (Türkiyə) 2:2
Qollar: L.Vaskes, 19; 55 – En Nesiri, 4. Y.Akçiçek, 63. 
İlk oyun – 0:3

Seçilən
7
fanat.az

1Mənbələr