Bakıda qəza törədən yük maşını yoldan kənarlaşdırıldı —YENİLƏNİB
Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində qəza törədən yük maşını yoldan kənarlaşdırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, nəqliyyatın hərəkəti tam bərpa edilib.
***08:06
Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.