AZ

Bakıda buza görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

News365.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

***

20 fevral, saat 23:06

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır. 

DİN-dən News365.az-a verilən məlumata görə, yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovazalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. 

"Bir daha sürücülərdən xahiş edirik sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülər buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir",- deyə məlumatda qeyd olunur. 

Seçilən
17
12
news365.az

10Mənbələr