AZ

Ukrayna daha bir ərazini itirdi

Rusiya Silahlı Qüvvələri qondarma "Donetsk Xalq Respublikası"nın Çasovı Yar adlanan ərazisinin Severnı mikrorayonunu tam nəzarətə götürüb. Bu barədə Rusiya mediasına “Yuq” qoşun qrupuna daxil olan Könüllülər Korpusundan məlumat verilib.

“Könüllülər korpusunun tərkibində fəaliyyət göstərən 200-cü motoatıcı briqadanın uğurlu fəaliyyəti nəticəsində Çasova Yar şəhərinin Severnı mikrorayonu düşməndən azad edilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, Rusiya hərbçiləri hazırda Çasov Yardan şimal-qərb istiqamətində əraziyə tam nəzarət edirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
3
news365.az

1Mənbələr