Amerikalı milyarder və ABŞ prezidenti Donald Trampın müşaviri İlon Mask Argentina prezidenti Xavyer Mileinin ona hədiyyə etdiyi qızıl mişarla səhnəyə çıxıb. ABŞ-ın Vaşinqton yaxınlığında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Komitəsinin (CPAC) 2025 İllik Toplantısında iştirak edən Mask səhnədə “şou” göstərib.
Konfransda iştirak edən Argentina prezidenti Mileinin ona hədiyyə etdiyi böyük qızıl elektrik mişarı ilə poza verən Mask, “Bu mişar bürokratiya üçündür”, – deyərək qışqırıb.
Mileinin ona verdiyi qızıl mişarla “ABŞ administrasiyasındakı bürokratik həddi aşmaq üçün” şüarı ilə bir neçə dəfə poza verən Mask tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılanıb.
Günəş eynəyi taxaraq qatıldığı konfransda verdiyi müsahibədə federal hökumətdəki ixtisarlara və “qanunsuzluqlara” toxunan Mask Trampın dəstəyi ilə bir çox lazımsız xərclərin qarşısını aldıqlarını bildirib.
Mask, federal hökumətin bir çox media təşkilatına sorğu-sual etmədən ödənişlər etdiyini və bunu aşkar etdikdə ödənişləri kəsildi. Bu səbəbdən insanların indi “X” güvəndiyini və sosial platformanın əvəzsiz olduğunu söyləyib.
“Fort Knox” qızıl ehtiyatları anbarında qızıl olub-olmaması ilə bağlı suala Mask, “Bilmirəm. Sadəcə gedib baxmaq və kiminsə saxta nəsə boya səpmədiyinə əmin olmaq istəyirik. Bu əsl qızıldır? Külçəni dişləyin...”, – cavabını verib.