AZ

U-17 “bürünc” oyununa çıxacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda son oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komandamız həlledici görüşdə Özbəkistan kollektivi ilə qarşılaşacaq. Öz qrupunda ikinci yeri tutan hər iki komanda bürünc medal uğrunda görüşdə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.

Qeyd edək ki, millimiz qrupda Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Seçilən
3
msport.az

1Mənbələr