Bu gün Misli Premyer Liqasında XXIV tura start verilir.
Offsideplus.az xəbər verir ki, günün yeganə oyunu "Neftçi Arena"da keçiriləcək. Qarlı, küləkli havada "Neftçi" turnir cədvəlindəki qonşusu, son vaxtlar "qara zolaq"dan çıxa blməyən 7-ci pillədə qərarlaşan "Sumqayıt"la qüvvəsini sınayacaq.
Bu komandaların görüşünü prinsipial edən əsas məqamlardan biri baş məşqçi ilə bağldır. Belə ki, "Neftçi"nin çalışdırıcısı Samir Abbasov ötən lin oktyabrında məhz "Sumqayıt"dan Bakı təmsilçisinə keçmişdi.
Digər məqam isə "Sumqayıt"ın nəticələri ilə əlaqədədardır. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda çempionatın son 7 turunda nəinki qalib gələ gəlmir, heç qol da vura blmir.
Oyunun nəticəsini saytımız vastəsi ilə izləyə bilərsiniz.
Misli Premyer iqası, XXIV tur
19:00 "Neftçi" - "Sumqayıt"
"Neftçi Arena"