AZ

UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin püşkatması keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün İsveçin Nyon şəhərində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkatma mərhələsi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Liqa mərhələsindən sonra "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, pley-off mərhələsindən sonra 1/8 finala "Feyenoord" (Niderland), "Bavariya" (Almaniya), "Brügge" (Belçika), "Real Madrid" (İspaniya), PSJ (Fransa), PSV (Niderland), "Borussiya Dortmund" (Almaniya), "Benfika" (Portuqaliya) klubları çıxıblar.
Seçilən
9
4
oxu.az

4Mənbələr