KONKAKAF Çempionlar Kubokunun 1/16 final mərhələsinin ilk oyununda “İnter Mayami” səfərdə “Kanzas Siti”ni 1:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, oyundan sonra maraqlı hadisə baş verib.
Belə ki, baş hakim Marko Antonio Ortiz Nava matçdan sonra “İnter Mayami”nin kapitanı Lionel Messidən formasını istəyib. olub. Qarşılaşmada yeganə qolun müəllifi olan argentinalı hücumçu da bundan imtina etməyib və formasını meksikalı referiyə verib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 26-da keçiriləcək.