KONKAKAF Çempionlar Kubokunun 1/16 final mərhələsinin “Sportinq Kanzas Siti” və “İnter Mayami” komandaları arasında keçirilən ilk oyundan (0:1) sonra maraqlı hadisə yaşanıb.
Publika.az xəbər verir ki, matçın baş hakimi, meksikalı Marko Antonio Ortis Nava final fitindən sonra ABŞ klubunun kapitanı Lionel Messiyə yaxınlaşaraq, ondan forma istəyib. Bu barədə ESPN məlumat yayıb.
Lakin argentinalı futbolçunun onun istəyini reallaşdırıb-reallaşdırmadığı bəlli deyil.
Qeyd edək ki, görüşdəki yeganə qolu 56-cı dəqiqədə məhz qonaq komandanın ulduz hücumçusu Messi vurub.
Heybət