AZ

Avrokuboklarda son PÜŞK GÜNÜ

Bu gün avrokuboklarda mövsümün son püşkatma mərasimləri keçiriləcək.

İdman.biz xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/8, 1/4, 1/2 mərhələlərinin püşkü atılacaq.

Tədbirdə final görüşlərinin nominal meydan sahibləri də bəlli olacaq. Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatma Avropa Liqasında 16:00, Konfrans Liqasında isə 17:00-da start götürəcək.

Çempionlar Liqası
Səpələnmişlər

“Arsenal”
“Aston Villa”
“Atletiko”
“Barselona”
“İnter”
“Bayer”
“Lill”
“Liverpul”

Səpələnməmişlər
“Borussiya” D
“Bavariya”
“Benfika”
“Brügge”
“Feyenoord”
PSJ
PSV
“Real”

Avropa Liqası
Səpələnmişlər

“Atletik”
“Ayntraxt”
“Latsio”
“Lion”
“Mançester Yunayted”
“Olimpiakos”
“Reyncers”
“Tottenhem”

Səpələnməmişlər
“Ayaks”
“Alkmaar”
“Bodo Qlimt”
FCSB
“Fənərbaxça”
“Real Sosyedad”
“Roma”
“Viktoriya”

Konfrans Liqası
Səpələnmişlər

“Serkl Brügge”
“Çelsi”
“Yurqorden”
“Fiorentina”
“Legiya”
“Luqano”
“Rapid”
“Vitoriya”

Səpələnməmişlər
“Borats”
“Selye”
“Kopenhagen”
“Yagelloniya”
“Molde”
“Pafos”
“Panatinaikos”
“Betis”

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları Çempionlar Liqasında martın 4-5-də və 11-12-də, Avropa Liqası ilə Konfrans Liqasında 6-da və 13-də keçiriləcək.

İdman.biz

Seçilən
3
idman.biz

1Mənbələr