AZ

Rubio: Tramp-Putin görüşü Ukraynadakı proseslərdən asılıdır

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş “Ukraynada müharibənin dayandırılmasında irəliləyişə nail olub-olmayacağımızdan çox asılı olacaq”.

Turkustan.az xəbər verir ki, çərşənbə axşamı Səudiyyə Ərəbistanında rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bu məsələnin müzakirə edildiyini deyən Rubio, "Görüşün məzmunu aydınlaşana qədər belə bir görüş olmayacaq" deyib.

"Ona görə də, düşünürəm ki, bu görüşün baş tutması Ukraynadakı müharibəni dayandırmaqda, irəliləyişə nail olub-olmayacağımızdan çoxasılı olacaq və əgər bacarsaq, bu görüşdə razılığa gəlinsə, məncə, hamı prezident Trampın sülh elçisi olduğunu qeyd etməlidir"-deyə, Rubio bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr