1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baş Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Sürücülərə tövsiyələr:
Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin.
Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın.
Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin.
Piyadalara tövsiyələr:
Yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə edin.
Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin.
Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin.
Unutmayaq ki, yol hərəkətinin təhlükəsizliyi hamımızın məsuliyyətidir!