AZ

Çin üç Filippin təyyarəsini hava məkanından çıxarıb

Çin hərbi qüvvələri Cənubi Çin dənizində ona məxsus olduğunu iddia etdiyi Nanşa (Spratli) adaları yaxınlığındakı hava məkanından üç Filippin təyyarəsini çıxarıb.

“İki sahil” xəbər verir ki, bunu Çin Xalq Azadlıq Ordusunun Cənub bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Tian Cunli bildirib.

“Fevralın 20-də Filippinə məxsus iki “C-208” və bir “N-22” təyyarəsi Çinin Nanşa (Spratli) adaları yaxınlığında hava məkanına qanunsuz daxil olub”, - T.Cunli vurğulayıb.

O qeyd edib ki, Cənub Zonası Döyüş Komandanlığı qüvvələri vəziyyətə tam nəzarət edib: “Xəbərdarlıq olunub və Filippin təyyarəsi müvafiq hava məkanından çıxarılıb”.

“Filippin qeyri-qanuni iddialarını irəli sürmək üçün əvvəlcə insidentlər törədir, sonra isə qaranı ağ kimi göstərir. Biz Filippini ciddi şəkildə xəbərdar edirik ki, bu cür hiylələr uğursuzluğa məhkumdur”, - T.Cunli bildirib.

Seçilən
7
1
ikisahil.az

2Mənbələr