AZ

Qəzada ölən müharibə iştirakçısının atası da eyni taleyi yaşadı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirin Şilyan kəndindən keçən hissəsində avtomobilin kanala aşması nəticəsində Elşən Hacıyev və Cabir Əhmədov ölüb.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, qəzada ölən Cabir Əhmədovun oğlu da 3 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

Vətən müharibəsi iştirakçısı olan Yolçu Əhmədov 2022-ci ildə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verən qəzada həlak olub. 

Mərhum Y.Əhmədov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

10:03

Ötən gün axşam saatlarında Kürdəmir rayonu Şilyan kəndində “Mitsubishi L200” markalı avtomobil sürüşərək əkin sahəsinin içərisində olan su kanalına düşüb.

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində sürücü 1967-ci il təvəllüdlü Elşən Hacıyev və 1977-ci il təvəllüdlü Cabir Əhmədov həyatını itirib.

Məlumata görə, Elşən Hacıyev Muradxanlı kəndində əkinçilik və maldarlıqla məşğul olub. Hadisə əkin sahəsinə baxışa getdikləri zaman baş verib. Onlar kanalda boğulub.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanıb.

Seçilən
19
4
modern.az

10Mənbələr