İngiltərə Premyer Liqa komandalarından biri olan "Arsenal" 2023-2024 mövsümündə rekord gəlir əldə etməsinə baxmayaraq, 17,7 milyon funt sterlinq zərər etdiyini açıqlayıb.
MArja xəbər verir ki, "Arsenal", 31 May 2024-cü ildə bitən maliyyə ilində 616,6 milyon funt-sterlinq gəlir ilə yeni klub rekordunun qeydə alındığınıı və bu gəlirin 52,4 milyon funt-sterlinqinin oyunçu satışlarından əldə edildiyini açıqlayıb.
Bildirilib ki, klubun ötən mövsüm gəliri əvvəlki mövsümdə əldə etdiyi 466,7 milyon funt-sterlinq gəlirdən 32,1 faiz artıb.
Açıqlamada komanda və klub işçilərinin maaşlarının əhəmiyyətli dərəcədə artdığı, 234,8 milyon funt-sterlinqdən 327,8 milyon funt-sterlinqə yüksəldiyi bildirilib.
Vergidən əvvəl ümumi zərərin 2022-2023 mövsümündəki 52,1 milyon funt sterlinq zərəri ilə müqayisədə 2023-2024 mövsümündə 66% azalaraq 17,7 milyon funt sterlinq olduğu açıqlanıb.