Bakı. Trend:
Süni intellektlə kiberhücmlar təhlükəsizlik tədbirlərini daha daçətinləşdirir.
Trend xəbərverir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov bu günBakıda keçirilən “Dövlət Qurumları IT Rəhbərlərinin V ZirvəToplantısı” tədbirində deyib.
O bildirib ki, Süni intellekt kibertəhlükəsizlikdə böyükimkanlar təqdim edir, bununla yanaşı, süni intellekt bu sahədə yenirisklər də yaradır:
"Süni intellektdən informasiya təhlükəsizliyini təmin etmək üçünistifadə edilməsi məlumat analitikası, anomaliya aşkarlanması vəkiberhücumların erkən mərhələdə aşkar edilməsi kimi sahələrdə böyükirəliləyişlərə səbəb olub".
"Lakin süni intellektin, həmçinin, hücumlarda istifadə olunmasıriski də mövcuddur. Kiberhücmlara məruz qalan şəbəkələrə qarşı süniintellektlə həyata keçirilən hücumlar təhlükəsizlik tədbirlərinidaha da çətinləşdirir və mübarizəni daha da mürəkkəbləşdirir", -deyə general-mayor Allahverən İsmayılov vurğulayıb.