AZ

Ədavətdə olduğu şəxsi döyən gəncə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Katib Qasımovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla o, 1 il müddətə islah işləri cəzasına məhkum edilib.


İttihama görə, hadisə ötən Sabunçu rayonu Sovxoz Ramana qəsəbəsində qeydə alınıb.


Belə ki, 2000-ci il təvəllüdlü Katib Qasımovla zərərçəkmiş Qurban İslamov (şərti) arasında 3 il əvvəl ailə problemləri səbəbindən ədavət yaranıb. Hadisə günü zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin hərəkət etməsinə yol verməyib və nalayiq ifadələr işlədib. Bu zamanı Katib qəsdən əl zərbəsi ilə Qurbanın sifət nahiyəsindən vurub yerə yıxaraq ona sağlamlığa yüngül zərər yetirib.


Hadisədən sonra Katib Qasımov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 21 Fevral 2025, 11:08   
Seçilən
3
pravda.az

1Mənbələr