AZ

Yeni işə başlayan müəllimlər nə vaxt sertifikasiyaya cəlb olunacaqlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müddətsiz müqavilə ilə müəllim olaraq fəaliyyət göstərmə şansı qazanan müəllimlərin bəziləri bir müddət müddətli müqavilə ilə işləyib.
Hazırda müddətsiz müqavilə ilə peşə fəaliyyətinə başlayan müəllimləri maraqlandıran məsələlərdən biri də onların nə vaxt sertifikasiyaya cəlb olunması ilə bağlıdır.
Mövzu ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, müəllim fəaliyyəti müddətli və ya müddətsiz müqavilə əsasından çalışmasından asılı olmayaraq daimi stajın yazıldığı tarixdən etibarən hesablanır:
"Müəllimin əmək fəaliyyətinin üç ilinin tamamında sertifikasiyaya cəlb olunacaq. Tədris ili ərzində üç təqvim ili tamamlanan müəllim sertifikasiyada iştirak edə bilər. Əgər müəllim 2022-ci ildə müəllim əmək fəaliyyətinə başlayıbsa, o, 2025-ci ildə keçiriləcək sertifikasiya imtahanı prosesində iştirak edəcək".
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması ilə aparılır. 2025-ci ildə 20 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb olunması nəzərdə tutulur.
2022-2024-cü illərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili) fənlərini tədris edən 65 minə yaxın müəllim sertifikatlaşdırmadan keçiblər.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.
Aygün Mirakif
Seçilən
8
oxu.az

1Mənbələr