AZ

Zelenski Makronla təhlükəsizlik məsələlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “X” sosial media hesabında məlumat yayıb.

O bildirib ki, Makronla söhbət zamanı ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla Kiyevdə apardığı danışıqlar barədə məlumat verib.

“Makronla söhbət, həmişə olduğu kimi, konstruktivdir. Biz təhlükəsizlik təminatı ilə bağlı fikirlərimizi ətraflı müzakirə etdik. Ədalətli və davamlı sülh bizim ümumi məqsədimizdir", - deyə Zelenski vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr