Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkiliblər.
“APA-Economics” xəbər verir ki, ASCO-nun həm Dəniz Nəqliyyatı, həm də Xəzər Dəniz Neft Donanmasına məxsus gəmiləri hava şəraiti ilə əlaqədar lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar.



