Azərbaycanın qadınlardan ibarət U-19 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 2-ci oyununu keçirəcək.
QOL.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gələcək.
Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
21 fevral
17:30. Albaniya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar)
Baş hakim: Martina Molinaro (İtaliya)
Baş hakimin köməkçiləri: Stefania Signorelli (İtaliya), Andreea Daniela Şuşcă (Rumıniya)
Dördüncü hakim: Roxana Recorean (Rumıniya)
Rrogozhine stadionu.