Yaxın aylarda ilk dəfə olaraq dövlət informasiya ehtiyatları üzrə “Bug bounty” elan edəcəyik.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbirində deyib.
Onun sözlərinə görə, “Bug bounty” şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır:
“Bug bounty ” iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır.
Bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək”.